Ərdoğanın Bakı səfərinin dəqiq tarixi məlum oldu

erdoganin-baki-seferinin-deqiq-tarixi-melum-oldu
Oxunma sayı: 2826

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində - BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", — deyə agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb.