“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdir bu bariyer üzündən azlıqda qalan HDP bu dəfə 13%- səs toplayaraq Türkiyə partiyası olmaq şansı qazandı. Bu nəticə böyük partiyaları, ən çox da 2011-ci ildəki faizini saxlamaq istəyən AKP-ni “vurub”. Belə ki, CHP 2011-ci ildəki faizini qoruya bildiyi halda AKP ən çox səs itirən partiya olub. Əvvəlki seçki ilə müqayisədə HDP 6,39%, MHP isə 3,52% artıq səs topladı. AKP-nin 49,95%-lik səsi 40,70-ə düşərək onun 9,25% səs itirməsinə səbəb olub.
Böyük Millət Məclisində iştirak edəcək mandatlarının sayı 327-dən 255-ə düşən AKP 2011-ci illə müqayisədə 72 yer itirib. AKP-nin səs faizindəki azalmaya əsas səbəb kimi əvvələr sözügedən partiyaya səs verən mühafizəkar kürdlərin bu dəfə HDP-yə, Mərkəzi Anadoludakı iqtidardan narazı türklərin isə MHP-yə səs verməsi göstərilir.
Böyük şəhərlərdə seçicisini HDP-yə itirən CHP yeni layihələr və vədlərlə yeni seçicilər qazanaraq əvvəliki səs faizini qoruya bilib. TBMM-də mandat sayı 135-dən 132-yə düşən CHP budəfəki seçimlərdə 3 yer itirib. 35% səsi hədəfləyən Kılıçdaroğlu istəyinə nail ola bilməyib və səs faizi 25,94-dən 25,17-yə düşüb.
2011-ci ildə TBMM-də Sülh və Demokratiya Partiyası olaraq qrup quran kürd hərəkatı 4 il ərzində irəliləyərək ilk dəfə partiya olaraq seçimlərə qatılıb. 6.58%-lik səsi 13%-ə qaldıran HDP mandat sayını da 35-dən 79-a qaldıra bilib.
Baş Nazir Əhməd Davudoğlu balkon çıxışında AKP-nin bir dastan yazdığını və seçkini birinciliklə bitirdiyini qeyd edib: “Digər partiyalara deyirik ki, kiçik nəticələrin adını zəfər deyə yazmasınlar. Ən böyük təşəkkürümüz millətimizədir”.
HDP millət vəkilliyinə namizəd Sırrı Süreyya Önder bu nəticələrin sülh, azadlıq və demokratiyaya səbəb olmasını istədiyini deyib: “Bu nəticə demokratiyanın anarxiyaya, azadlığın zülmə, sülhün müharibəyə qarşı zəfəridir”.
Seçkidən sonra CHP-nin rəhbəri Kamal Kılıçdaroğlundan istefa gözləyənlərə cavab olaraq partiya rəsmisi Gürsel Tekin nəticələrin uğursuz olmadığını deyib: “Kılıçdaroğlunun istefa verəcəyi bir hal yoxdur. CHP rəhbəri uğurlu kampaniya həyata keçirib və biz məmnunuq”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər