Ərdoğanın kortejində qəza, 5 polis yaralandı - Foto

erdoganin-kortejinde-qeza-5-polis-yaralandi
Oxunma sayı: 2222

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kortejini müşayiət edən polis avtomobili qəzaya düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Artvin-Arhavi yolunda baş verib.

Polislərin avtomobili əks yola çıxan və sürücüsü bilinməyən yük maşınına çırpılıb. Qəzada 5 nəfər polis əməkdaşı yaralanıb. Xəstəxanaya yerləşdirilən polislərin vəziyyətinin yaxşı olduğu deyilir.