Ərdoğanın kürəkənindən mühüm - Açıqlama

erdoganin-kurekeninden-muhum
Oxunma sayı: 4813

“Türkiyə tərəfindən vurulan Rusiya hərbi təyyarəsi barədə araşdırmalara yenidən başlanacaq”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və təbii ehtiyatlar naziri və prezident Rəcəb Tayyip Ərdoğanın kürəkəni Bərat Albayraq deyib. Onun sözlərinə görə, yüz illərdir bir-biri ilə qonşu olan Rusiya və Türkiyənin münasibətlərinin yenidən normallaşmasını müsbət qiymətləndirir. Hər iki ölkə arasında yaranan “vurulan təyyarə” gərginliyindən danışan Albayraq “Türkiyə tərəfindən vurulan Rusiya hərbi təyyarəsi barədə araşdırmalara yenidən başlanacaq”-deyə bildirib.

Xatırladaq ki, ötən il noyabrın 24-də Türkiyə qırıcıları Suriya sərhədində Rusiyaya məxsus təyyarəni vurub, nəticədə rus pilot dünyasını dəyişib.

Aysel Kərimova