“Ərdoğanın oğluna silah çəkiblər...” - Eks-nazir

erdoganin-ogluna-silah-cekibler
Oxunma sayı: 2152

Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış qalmaqallı iddia ilə çıxış edib.

Qafqazinfo” xəbər verir ki, “Demokratiya keşiyində” dayananların qarşısında çıxış edən E.Bağış Fətullah Gülənin dünya miqyasında təşkilatlandığını bildirib.

Eks-nazir qiyamçıları “haşhaşi” adlandıraraq onların 2013-cü ildə törətdiklərini xatırladıb.

Bağış “2013-cü il dekabrın 25-də Ərdoğanın oğlu Bilal Ərdoğana silah çəkdilər, bilirsinizmi? Bunlar belə şərəfsizdir. Bu haşhaşilər elə xaindir ki, bizim dünyamızı qaraltdıqları azmış kimi, hiylə ilə axirətimizi də qaraltmağa çalışdılar”- ifadələrini səsləndirib.

Aysel Kərimova