“İki saat yarım əvvəl danışdıq, prezidentimizin vəziyyəti yaxşıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “A Haber”ə müsahibəsində deyib.
“İşinin başındadır, danışırıq. Həkimlər 2-3 gün içində nəticənin neqativ olacağını bildirir. Lazımi təlimatları verir ki, işlərdə ləngimə olmasın.
Prezidentimizin iş axarı və tempi var. Ona uyğunlaşmağa məcbursunuz. Tətili boş-boş oturmaq kimi nəzərdə tutarsınızsa, o mənada bir tətilimiz yoxdur. İşini izləyən və işinə sadiqdir. Lider belə olanda komandası da özünü buna uyğunlaşdırmağa məcburdur”, - Kalın bildirib.
Son xəbərlər
Son Xəbərlər