Ərdoğanın “sağ əli” olmuş siyasətçinin kürəkəni tutuldu

erdoganin-sag-eli-olmus-siyasetcinin-kurekeni-tutuldu
Oxunma sayı: 650

Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun baş nazirliyi zamanlarında müavin olmuş Bülənt Arınçın kürəkəni Əkrəm Yetər tutulub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım Beyazıt Universitetində müəllim işləyən Əkrəm Yetər terror təşkilatı FETÖ-yə üzv olmaq səbəbi ilə saxlanılıb.

Ə.Yetər Bülənt Arınçın qızı Ayşəgüllə evlidir və 12 yaşında bir oğlu var.

Qeyd edək ki, daha öncə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Qədir Topbaşın kürəkəni Ömər Faruk Qovurmacı da FETÖ-yə üzv olması səbəbi ilə həbs edilmişdi. O, bu il mayın 4-də sərbəst buraxılıb.