Xəbər verdiyimiz kimi, Türkiyədə FOX TV-də yayımlanan “Maske kimsin sen?” yarışmasına adı çəkilmədən sanksiya tətbiq edilməsi tələb olunub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışma proqramı yayımdan qaldırılıb.
Bildirilib ki, yarışmanın yayımdan qaldırılmasının səbəbi açıqlanmasa da, müsabiqə cümə günü çəkəcəkləri yeni bölümdən sonra erkən finala çıxacaq.
Maskaların altındakı məşhurların təxmin edilməyə çalışıldığı yarışmada istifadə edilən maskalar sosial mediada bəzi insanların diqqətini çəkib və bu maskalarla bağlı “Satanizmi təşviq etmək” kimi linç kampaniyaları başladılıb.
Yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.
Qeyd edək ki, “Maske, kimsin sen?”in aparıcısı tanınmış aktyor Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.
Xatırladaq ki, iki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də proqrama saksiya tətbiq edilməsi barədə sənəd yayımlanmışdı.
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər