Ərdoğanın sədrliyi ilə Ermənistanla normallaşma prosesi müzakirə edildi

erdoganin-sedrliyi-ile-ermenistanla-normallasma-prosesi-muzakire-edildi
Oxunma sayı: 1947

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Həmçinin MTŞ-nin iclasında Ermənistanla normallaşma prosesi çərçivəsində Qafqazda baş verən proseslər müzakirə olunub.

Bundan başqa toplantıda Ərdoğanın da qatılacağı cümə axşamı günü Brüsseldə keçiriləcək NATO-nun Fövqəladə Liderlər Zirvəsi öncəsi Rusiya-Ukrayna böhranı qiymətləndirilib.