Ərdoğanın sözçüsü Zərrabın həbsindən danışdı

erdoganin-sozcusu-zerrabin-hebsinden-danisdi
Oxunma sayı: 3034

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü iş adamı Rıza Zərrabın həbsi ilə bağlı danışıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İbrahim Kalın bununla bağlı fərqli nəsə deməyin uyğun olmadığını qeyd edib:

“Amerikada bir hakimin verdiyi qərardır, davam edən prosesdir. İndi bizim bununla bağlı fərqli bir şey deməyimiz uyğun olmaz. Hüquqi prosedur olduğu üçün nə olacağını biz də buradan təqib edəcəyik”.