Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında toqquşma - 9 yaralı

erdoganin-terefdarlari-ile-eleyhdarlari-arasinda-toqqusma
Oxunma sayı: 703

ABŞ-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında qeydə alınıb.

Yanğınsöndürmə-xilasetmə xidmətinin məlumatına görə, toqquşmalar zamanı 9 nəfər xəsarət alıb. Yaralananlar artıq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti isə ağırdır.

Hazırda toqquşma olan küçələr bağlanıb. Saxlanılanlar barəsində məlumat yoxdur.