Məşhur müğənni Yavuz Bingöl ilə həmkarı Öykü Gürmanın boşanacaqları iddia edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İki qadın arasında” proqramında cütlüyün boşanacağı barədə məlumat verilib. Evləndikdən sonra Cihangirdə yaşayan məşhurlar bir müddətdir ki, eyni evdə çox vaxt keçirmir və fərqli həyat tərzi sürürlər. Boşanmaq mərhələsində olan cütlüyün sosial şəbəkədə paylaşım etməməsi də diqqət çəkib.
Qeyd edək ki, ötən ilin aprelində evlənən Yavuz Bingöl ilə Öykü Gürmanın nikah şahidi olacağını bildirən prezident Rəcəb Tayyib Ərdoğan toy mərasiminə qatılmamışdı.
Son xəbərlər
Son Xəbərlər