Ərdoğanın Ukraynaya səfər tarixi açıqlandı - Yenilənib

erdoganin-ukraynaya-sefer-tarixi-aciqlandi
Oxunma sayı: 4300

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə həftədən sonra Ukraynaya rəsmi səfərə yollanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlayıb.

Onun sözlərinə görə, Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacaq.

***

"CNN Türk"ün məlumatına görə, Ərdoğanın səfəri fevralın 3-də baş tutacaq. Həmin gün Türkiyə-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30-cu ili tamam olacaq.