Ərdoğanla adaşı arasında maraqlı söhbət - Video

erdoganla-adasi-arasinda-maraqli-sohbet
Oxunma sayı: 2224

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda gənclərlə görüşü zamanı tələbə adaşı ilə səmimi söhbət edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı Rəcəb Tayyib, soyadı Ərdoğan, atasının adı da Əhməd olan gənc Prezidentə dörd yaşında olarkən onun qucağında çəkilən fotosunu göstərib.

Rəcəb Tayyib Ərdoğan Universitetində siyasi elmlər fakültəsində təhsil alan gəncin Prezidentlə arasında təkcə ana adında fərq olub.

Prezident gənclə səmimi dialoqunda, “Bir az da danışsaq, başımızı divara vuracağıq”, - deyərək zarafat edib.