Ərdoğanla Baydenin görüşü barədə Ağ Evdən - Açıqlama

erdoganla-baydenin-gorusu-barede-ag-evden
Oxunma sayı: 3289

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden bu gün 19:45-də Madriddə görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, liderlərin görüşü ilə bağlı məlumat Ağ Evin bugünkü proqramında yer alıb.

Qeyd edək ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verdiyi NATO sammitindən əvvəl Ərdoğanla Baydenin telefon danışığı olmuşdu.