Ərdoğanla Baydenin görüşü başa çatdı - Yenilənib+Fotolar

erdoganla-baydenin-gorusu-basa-catdi
Oxunma sayı: 4570

NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, görüşdəki əsas müzakirə mövzusu S-400-lər olacaq.

Türkiyənin Rusiyadan satın aldığı S-400 hava sistemlərindən sonra Türkiyənin F-35 proqramından çıxarılması, bunun ardınca yaşananlar müzakirə olunacaq.

Liderlərin görüşü mətbuata qapalı keçirilir.

*** 

Liderlərin görüşü başa çatıb. Müzakirələr 45 dəqiqə davam edib. Təkbətək görüşdən sonra heyətlərarası görüş başlayıb.