Ərdoğanla Baydenin mümkün görüş vaxtı açıqlandı

erdoganla-baydenin-mumkun-gorus-vaxti-aciqlandi
Oxunma sayı: 1426

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” qəzeti rəsmi mənbələrə istinadən yazıb.

"Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Bu məsələ BMT sammiti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Bayden arasında mümkün görüş zamanı müzakirə olunacaq. Görüş gələn ay Nyu-Yorkda olacaq”, - məlumatda deyilir.