Ərdoğanla Conson Ukraynanı müzakirə etdilər

erdoganla-conson-ukraynani-muzakire-etdiler
Oxunma sayı: 1088

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Consonun telefon danışığı olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında xüsusilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək addımlar müzakirə edilib.

Həmçinin, Suriya və Ukraynadakı hadisələr, iqlim və qaçqınlarla bağlı regional və qlobal problemlər barədə də danışıqlar olub.