“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi məlumat verib.
“Prezidentimizin Moskvada Suriya Prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil” ,- deyə o qeyd edib.