Ərdoğanla İlon Maskın telefon danışığı oldu

erdoganla-ilon-maskin-telefon-danisigi-oldu
Oxunma sayı: 1916

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə “Tesla” və “SpaceX”in qurucusu İlon Mask arasında telefon danışığı olub.

“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Danışıq zamanı dövlət və özəl sektorlar daxil olmaqla Türkiyədəki şirkətlərlə kosmik texnologiyalar, eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.