Ərdoğanla Japarov Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

erdoganla-japarov-qazaxistandaki-veziyyeti-muzakire-edibler
Oxunma sayı: 1862

Qırğızıstan və Türkiyə Prezidentləri Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı vəziyyəti telefonla müzakirə ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Ölkələrin liderləri ikitərəfli əməkdaşlığın perspektivlərini, regionda mövcud vəziyyəti, o cümlədən, Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Telefon görüşü Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.