Ərdoğanla Makron “taxıl məsələsi”ni müzakirə etdi

erdoganla-makron-taxil-meselesini-muzakire-etdi
Oxunma sayı: 2171

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası tvitterdə məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Ukrayna taxılının ixrac prosesinin İstanbulda yaradılacaq Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərindən ibarət Koordinasiya Mərkəzindən idarə edilməsinə qərar verildiyini qeyd edib.

O əlavə edib ki, bu planın sürətlə həyata keçirilməsi ilə qlobal ərzaq təhlükəsizliyinin vacib probleminin həlli kontekstində uğur əldə etmək olar.