Ərdoğanla Merkel arasında telefon danışığı oldu

erdoganla-merkel-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 1348

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. “Qafqazinfo” “Anadolu”ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

Tərəflər Şərqi Aralıq dənizi regionundakı vəziyyəti müzakirə ediblər.

"Türkiyə Şərqi Aralıq dənizi probleminin beynəlxalq hüquq normaları əsasında dialoq yolu ilə həllinin tərəfdarıdır", - Ərdoğan deyib.

Danışıqlar zamanı Türkiyə-Almaniya münasibətlərinin inkişafı istiqamətində atılan addımlar da müzakirə olunub.