Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə videokonfrans rejimində danışıqlar aparıb.
Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Türkiyə-Almaniya əməkdaşlığının inkişaf etdirilməsi, həmçinin Türkiyə-Aİ münasibətləri başda olmaqla regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan Ankaranın Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin müsbət gündəmini irəli sürməkdə qərarlı olduğunu bildirib.
Onun sözlərinə görə, Ankara Aİ-nin martda keçirilməsi planlaşdırılan sammiti ərəfəsində blokla əlaqələrin fəallaşdırılmasının və texniki məsləhətləşmələrin aparılmasının tərəfdarıdır.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Aİ-nin Türkiyə ilə münasibətlərə ədalətli və konstruktiv yanaşması hər iki tərəfin maraqlarına cavab verir.
Türkiyə lideri 18 mart 2016-cı il tarixində Türkiyə ilə Avropa İttifaqı arasında miqrasiya sazişinin yenilənməsi üçün lazım olan işlərin tezliklə başlanmasının vacibliyini də vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər