Ərdoğanla Paşinyanın görüşü oldu - Fotolar+Video

Ərdoğanla Paşinyanın görüşü oldu
Oxunma sayı: 3108

Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutur.

***

Türkiyə və Ermənistan rəhbərlərinin Praqadakı görüşü mətbuata qapalı keçirilib.

Qeyd edək ki, iki ölkə sonuncu dəfə liderlər səviyyəsində 2009-cu ildə görüşüb.