Ərdoğanla Putin arasında telekörpü - Video

erdoganla-putin-arasinda-telekorpu
Oxunma sayı: 2165

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında “Akkuyu” AES-in üçüncü blokunun inşasına başlanılması münasibətilə telekörpü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, AES-in hər iki ölkənin iqtisadiyyatını daha da gücləndirəcəyi bildirilib.

“Hədəfimiz enerji istehsal edərkən sıfır emissiya ilə işləyən və ətraf mühitə heç bir zərər verməyən enerji sahəsini ölkəmizin enerji sənayesinə əlavə etməkdir. Enerji siyasətimizdə nüvə enerjisinin xüsusi yeri var. Müəssisəmiz inşaat dövründə 16 min, istismar dövründə 4 min nəfəri işlə təmin edəcəkdir”,- deyə Ərdoğan qeyd edib.