Ərdoğanla Putin Qətərdən danışdı

erdoganla-putin-qeterden-danisdi
Oxunma sayı: 875

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo” RİA Novosti-yə istinadən məlumatına görə, Kremlin yaydığı məlumatda deyilir ki, prezidentlər danışıqda Qətərlə bağlı olan vəziyyəti müzakirə ediblər.

Telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə baş verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar Qətərin siyasətini terrorizmə dəstək kimi dəyərləndiklərinə görə bu addımı atıblar.