Ərdoğanla Putinin telefon danışığı olacaq

erdoganla-putinin-telefon-danisigi-olacaq
Oxunma sayı: 1265

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə telefon danışığı olacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. 

"Bu həftə mən cənab Putinlə danışıqlar aparmağı planlaşdırıram", - Ərdoğan deyib. 

O, Ukraynadakı münaqişənin həlli üçün Ankara və ya İstanbulda konkret addımların atılacağına ümid etdiyini bildirib.