Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub

erdoganla-stoltenberq-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1041

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. “Qafqazinfo” “Anadolu”ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin Mətbuat xidmətinin məlumatında deyilir.

Tərəflər Şərqi Aralıq dənizi regionunda baş verən hadisələri və Türkiyə-NATO münasibətlərinin vəziyyətini müzakirə ediblər.

Prezident Ərdoğan bildirib ki, Türkiyə sözdə deyil, əməldə Şərqi Aralıq dənizi problemi ilə bağlı vəziyyətin deeskalasiyası və dialoqa sadiqliyini açıq və aydın şəkildə nümayiş etdirib.

Dövlət başçısı vurğulayıb ki, Yunanıstan tərəfindən gərginlik və təxribatların artmasına baxmayaraq, Türkiyə təmkin və soyuqqanlılıq göstərir. Onun sözlərinə görə, Yunanıstanla aparılacaq ilkin danışıqların gedişi Afinanın vəziyyəti aradan qaldırmaq üçün səmimi addımlar atmağa hazır olmasından asılı olacaq.

Prezident Ərdoğan Şərqi Aralıq dənizi regionunda fikir ayrılıqlarının aradan qaldırılmasına dair NATO baş katibinin konstruktiv səylərini alqışlayıb.  

Türkiyə lideri regional problemlərin həlli üçün NATO çərçivəsində həmrəyliyin əhəmiyyətini qeyd edib.