Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Rusiya-Ukrayna böhranının diplomatiya yolu ilə həll edilməli olduğunu və bu böhranla Türkiyənin NATO-dakı dəyərinin bir daha başa düşüldüyünü deyib.
Danışıqlar zamanı Türkiyənin NATO-ya qəbulunun 70-ci ildönümündə Türkiyə-NATO əməkdaşlığı və regional məsələlər də müzakirə edilib. Ərdoğan Rusiya-Ukrayna gərginliyinin ilk günündən dialoq və diplomatiya tərəfdarı olduqlarını və liderlər səviyyəsində görüşə ev sahibliyi edə biləcəklərini bir daha vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər