ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
“Qafqazinfo” xəbər verir ki, görüş 1 saata yaxın davam edib.
İki liderin söhbətindən əsas müzakirə mövzusu Türkiyənin Suriyanın Afrin bölgəsinə keçirdiyi “Zeytun budağı” adlı əməliyyatı olub.
Ərdoğan bildirib ki, ABŞ PYD/YPG qruplaşmasına silah dəstəyini dayandırmalıdır. O, qeyd edib ki, Afrində keçirilən Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçündür.
Son xəbərlər
Son Xəbərlər