Ərdoğanla Tramp arasında telefon danışığı olub

erdoganla-tramp-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 2150

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, danışıq zamanı regional hadisələr, eləcə də ikitərəfli məsələlər müzakirə olunub.

Hər iki lider koronavirusun ictimai sağlamlıq və iqtisadiyyat üçün yaratdığı təhlükəni həll etmək üçün sıx əməkdaşlığı davam etdirməyə razılaşıblar.