Ərdoğanla xanımından maraqlı addım - Video

erdoganla-xanimindan-maraqli-addim
Oxunma sayı: 7066

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı maraqlı addım atıb.

“Qafqazinfo”nun xəbərinə görə, dövlət başçısı xanımı Əminə Ərdoğanla birlikdə ötən gün saat 21:00-da Kısıklıdakı iqamətgahının balkonundan koronavirus epidemiyasına qarşı fədakarcasına mübarizə aparan tibb işçilərini alqışla dəstəkləyib.

Görüntüləri Ərdoğan öz tvitter mikrobloqunda paylaşıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı 670 nəfərə çatıb, 9 nəfər xəstəlikdən ölüb.