Ərdoğanla Zelenski son hadisələri müzakirə etdilər

erdoganla-zelenski-son-hadiseleri-muzakire-etdiler
Oxunma sayı: 1485

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan danışıqlar prosesi zamanı lazımi dəstəyi verməyə hazır olduqlarını və təhlükəsizlik zəmanəti məsələsinə müsbət baxdıqlarını bildirib.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə vəziyyətin gündən-günə daha da acınacaqlı olduğu Mariupolda yaralıların və mülki əhalinin təxliyyəsinin təmin edilməli olduğunu bildirib.