Ərdoğanla Zelenski təkbətək görüşdü - Fotolar + Yenilənib

erdoganla-zelenski-tekbetek-gorusdu
Oxunma sayı: 10308

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Həmçinin Ukrayna və Türkiyə arasında ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin imzalanması da nəzərdə tutulur.

Bununla belə, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginliyin artması olacaq. Liderlər Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəklər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.

***

Ərdoğanın Ukraynada rəsmi qarşılanma mərasimi keçirilib.

***

Ərdoğan xanımı ilə “Naməlum əsgər” abidəsini ziyarət edib.

***

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarını Marinski Sarayında qarşılayıb.

***

Liderlər arasında təkbətək görüş keçirilib.

***

Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra Zelenski ilə təkbətək görüşüb. Görüşdən əvvəl Ərdoğan və xanımı “Şərəf dəftəri”ni imzalayıblar. İki liderin görüşü təxminən 3 saat 10 dəqiqə davam edib. Prezidentlərin görüşündən sonra nümayəndələr heyəti arasında görüş keçirilib.