Ərdoğanla Zelenskinin görüşü oldu - Yenilənib

erdoganla-zelenskinin-gorusu-oldu
Oxunma sayı: 2343

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenskinin Huber iqamətgahında görüşü başlayıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra hər iki lider nümayəndə heyətləri ilə birlikdə Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirəcəklər.

Ərdoğan və Zelenskinin daha sonra birgə mətbuat konfransı təşkil edəcəyi gözlənilir.

***

3 saat davam edən görüş başa çatıb. Ərdoğanla Zelenski birlikdə mətbuat konfransı təşkil ediblər.