Ərdoğanla Zelenskinin telefon danışığı oldu

erdoganla-zelenskinin-telefon-danisigi-oldu
Oxunma sayı: 2431

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.

“Davamlı dəstəyə görə Türkiyəyə təşəkkür edirik. Rusiya Federasiyası tərəfindən davam edən təcavüz və nüvə terrorizmi barədə məlumat verdim. Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq”, - o qeyd edib.