“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı aktrisa Pelin Karahan iki aydır birlikdə olduğu sevgilisi Bədri Güntayla xoşbəxt olduğunu bildirib.
“Anladım ki, mən tam evlilik qadınıyam. Bu yay ikinci dəfə nikah masasına oturmaq istəyirəm”-, deyə aktrisa söyləyib.
Qeyd edək ki, P. Karahan 2013-cü il noyabrın 19-da keçmiş əri Ərdinç Bəkiroğlundan boşanıb. Lakin qanuna görə, Karahan yenidən ərə getmək üçün 300 gün gözləməlidir. O, bu müddətin aradan qaldırılması üçün məhkəməyə müraciət edib.