Ərəb fanatının verdiyi 500 minlik hədiyyəni geri qaytardı

ereb-fanatinin-verdiyi-500-minlik-hediyyeni-geri-qaytardi
Oxunma sayı: 2602

Türkiyənin məşhur aktyoru Saruhan Hünelə ərəb pərəstişkarı bahalı hədiyyə verib. “Qafqazinfo” xəbər verir ki, serial ulduzunun ad günündə xanım fanatı tərəfindən ona bahalı saat verilib. 

Hünel isə 500 min TL dəyərində aksessuarı geri qaytarıb, bahalı hədiyyəni qəbul etməyib.   

Yayılan xəbərdən sonra  İstanbulda görüntülənən aktyor mövzu barədə susqunluğunu qoruyub.  O, KİV nümayəndələrinin saatla bağlı sualına “Diqqətiniz üçün təşəkkür edirəm, amma mən getməliyəm, başqa vaxt danışarıq” deyərək cavabsız qoyub.