Ərəb şahzadə “Snapchat”ın səhmlərini aldı

ereb-sahzade-snapchatin-sehmlerini-aldi
Oxunma sayı: 1586

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, milyarder iş adamı Şahzadə Vəlid bin Talal Bin Əbdülǝziz məşhur sosial  media platformalardan “Snapchat” şirkətinin   sǝhmlǝrinin 2,3 faizini alıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, şahzadə bunun üçün 250 milyon dollar ödəyib.

O, “Snapchat”ın dünyada ən innovativ sosial media platformalarından biri olduğunu, potensialını genişləndirməyə başladığına inandığını və onun bir parçası olmaqdan xoşbəxt olduğunu deyib.

Hazırda Vəlid bin Talal Bin Əbdülǝziz “Snapchat”ın ən böyük sǝhmdarlarından birinə çevrilib.