Ərəb şahzadəsindən Tiflisdəki sel qurbanlarına - - 300 min dollar

ereb-sahzadesinden-tiflisdeki-sel-qurbanlarina-
Oxunma sayı: 2092


“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Ərəb şahzadəsi  Gürcüstanın baş nazirinə göndərdiyi məktubunda “Alwaleed Philanthropies” fondunun daşqından zərər çəkənlərə yardım edənlər  arasında ilk yerlərdə durduğunu vurğulayıb və dostların dar zamanda hər zaman yaxında olduğunu deyib. 

Xatırladaq ki, Tflisdə yaşayış obyektlərinə dəyən zərərlə yanaşı, daşqınlarda 19 nəfər həyatını itirmiş, 3 nəfər isə itkin düşmüşdü. 

Qeyd edək ki, dünyanın ən zəngin insanları sırasında yer alan şahzadə bu yaxınlarda 32 milyardlıq sərvətini xeyriyyə məqsədilə xərcləyəcəyini açıqlayıb.