Ərəb turistin ayağı eskalatora ilişdi - Video

ereb-turistin-ayagi-eskalatora-ilisdi
Oxunma sayı: 840

Bu gün "Park Bulvar"da qorxunc və həyəcanlı anlar yaşanıb.

“Qafqazinfo” a24.az-a istinadən xəbər verir ki, ərəb turist xanımın ayağı ehtiyatsızlıqdan ekskalatorun arasında ilişib. Xanımı xilas etmək üçün hadisə yerinə polislər cəlb olunub .

Polislərin səyi nəticəsində xanımın ayağı ekskalatordan azad edilib. Qadın əlil arabasında hadisə yerindən birbaşa xəstəxanaya aparılıb.Həmin görüntüləri sizə təqdim edirik: