Ərəbistan İranla diplomatik əlaqələrini kəsdi

erebistan-iranla-diplomatik-elaqelerini-kesdi
Oxunma sayı: 1522

Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr bildirib.

Nazir İranla diplomatik əlaqələrin dayandırıldığı bildirib. Eyni zamanda Səudiyyə Ərəbistanındakı iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.