Ərəbistanda kişiləri qəzəbləndirən - Klip

erebistanda-kisileri-qezeblendiren-
Oxunma sayı: 3669

Məşhur ərəb müğənnisi Məcid Əl Esanın son klipi ölkəsində yaşayan mühafizəkar kişiləri hirsləndirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1 həftə əvvəl “Hwages” adlı mahnıya çəkilən ekran işi böyük müzakirələrə səbəb olub.

Klip qısa müddətdə iki milyondan çox insan tərəfindən izlənilib. Lakin, layihə Səudiyyə Ərəbistanda birmənalı qarşılanmayıb.

Ekran işində avtomobil, velosiped sürən, rəqs edən hicablı xanımlar yer alıb.

Mahnının nəqarət hissəsində isə “Allahım bizi kişilərdən xilas et”, “Kişilər bizi dəli edir” sözləri yer alıb.

Klipdəki xanımlar və mahnının sözləri ərəb kişilərinin qəzəbinə tuş gəlib. Onlar ekran işinin sosial şəbəkələrdən tezliklə silinməsini tələb ediblər.