Ərəbistanda məsciddə özünü partladanın kimliyi bəlli oldu

erebistanda-mescidde-ozunu-partladanin-kimliyi-belli-oldu
Oxunma sayı: 1575

Səudiyyə Ərəbistanı hökuməti ölkənin şərqindəki Əl-Axsa şəhərindəki şiə məscidində cümə namazı zamanı özünü partladan şəxsin kimliyini açıqlayıb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı SPA agentliyi yayıb.

Bu şəxs 22 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Abdürrəhman Abdulla Süleyman ət-Tvicridir.

Həbs olunan ikinci terorçunun adı açıqlanmır.

O, polislə atışmada yaralandığı üçün müalicə olunur.