Ərəbistanda qadın idman postuna gətirildi - İlk dəfə

erebistanda-qadin-idman-postuna-getirildi
Oxunma sayı: 2386

Səudiyyə Ərəbistanının Nazirlər Kabineti şahzadə Rima bint Bandar Əl-Səudu İdman üzrə Baş Komitənin sədrinin köməkçisi vəzifəsinə təyin edib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, şahzadə komitənin qadın şöbəsinə məsuliyyət daşıyacaq. Bu, ölkə tarixində ilk hadisə kimi qiymətləndirilir.

Komitəyə isə şahzadə Abdulla bin Musaid Əl-Səud rəhbərlik edir. O, eyni zamanda Olimpiya Komitəsinin də prezidentidir.