“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatının hesabatında ölkənin keçən il 175 nəfəri edam etdiyi qeyd edilib.
Bu ilin ilk yarısında bu rəqəm 102 nəfərə çatıb. Mütəxəssislər 1995-ci ildə 192 nəfəri edam edərək rekord qıran Səudiyyə Ərəbistanının bu il yeni rekorda imza atacağını bildiriblər.
"İndependent"in xəbərinə görə, Səudiyyə Ərəbistanda edamın əsas növü baş kəsməkdir. Edam əqli qüsurlu və 18 yaşından aşağı insanlara tətbiq edilir.
Beynəlxalq Əfv Təşkilatı yanvarda Kral Abdullahın ölməsinin ardından Kral Səlman dövründə edam cəzalarının artdığını qeyd edib.
Son xəbərlər
Son Xəbərlər