ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1,3 milyardlıq silahlın satılması icazə verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı ABŞ-a 180 ədəd 155 millimetrlik qaubiçsa özüyeriyən toplarından almaq üçün sorğu göndərib.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı və ABŞ arasında 100 milyardlıq silah ticarəti müqaviləsi də bağlanıb.
Son xəbərlər
Son Xəbərlər