Ərəblərin yeni çeçen komandanı

ereblerin-yeni-cecen-komandani-
Oxunma sayı: 1561


Bu təşkilatın lideri al-Bagdadi kölgədə qalmağı xoşladığı və  hətta şəklinin çəkilməsini istəmədiyi vaxt,  İSİD-in yayılan videolarında  Omar al-Shishani təşkilatın siması olub.  28 yaşlı Al-Shishani Suriyada hərbi komandanlardan  biri olub. İndi isə onun İSİD-də baş hərbi komandan ola biləcəyi ehtimal olunur. Bu vəzifəni tutan Abu Abdul-Rahman al-Bilavi iyun ayında Mosul döyüşlərində öldürülüb.

Qəzet yazır ki, Suriyada vuruşan xarici yaraqlıların sayı 10 mindir. Bunlar arasında çeçenlər ən yaxşı döyüşçülər sayılır. Brooking Doha Mərkəzindən olan ekspert  Charles Lister hesab edir ki, İSİD-in İraqdakı və Suriyadakı hərbi əməliyyatları gündəlik uğurlardan asılı olduqca al-Shishani kimi şəxslərin baş hərbi komandana çevrilmək şansı böyükdür.

Al –Shinaninin əsil adı Tarkhan Batirashvilidir. O, Gürcüstandan olan çeçendir. O, Pankisi regionundandır. Batirashvili 2010-cu ildə Türkiyəyə gedib və 2013-cü ildə Suriyada peyda olub. Yaraqlılar arasında ləqəbi “çeçen Ömərdir”. Onun başçılıq etdiyi qrupun adı isə “Mühacirlər və Partizanlar Ordusudur”

Bu qrupda əksəriyyət keçmiş SSRİ-dən olanlardır.

Yaraqlılar qruplarının İslam Cəbhəsi koalisiyasının sözçüsü Hussein Nasser deyir: “Çeçenlər gəliblər və onların bu ölkə haqda heç bir ideyası yoxdur. Başçı nə desə , onu edirlər. Hətta əmir desə ki. uşaqları öldürün, onlar uşaqları da öldürəcəklər”

Azadliq.org