“Ergenekon işi”nin gizli şahidi evində ölü tapıldı

ergenekon-isinin-gizli-sahidi-evinde-olu-tapildi
Oxunma sayı: 1795

Türkiyədə “Ergenekon işi” üzrə gizli şahidlərdən olan dosent Ümid Sayın Kadıköydəki evində ölü tapılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sayının meyiti tibbi ekspertizaya göndərilib. Polis faktla bağlı istintaqa başlayıb. Evdə yoxlamalar aparan istintaqçılar hadisədə cinayət izinə rast gəlməyiblər.

Sayının ölüm səbəbi ekspertiza rəyindən sonar məlum olacaq.